Sneyder "Qalatasaray"dan rəsmən göndərildi

“Qalatasaray” aparıcı oyunçularından biri ilə vidalaşıb.

Newsport.az saytının məlumatına görə, söhbət hollandiyalı futbolçu Uesli Sneyderdən gedir. Klubun rəsmi saytının yaydığı məlumata görə, 33 yaşlı futbolçunun gələn mövsümün sonunda başa çatacaq müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Əgər yarımmüdafiəçi qarşıdakı 3 il ərzində Türkiyənin başqa klubuna transfer olunsa, "Qalatasaray"a 20 milyon avro təzminat ödəməli olacaq. 

İddiaya görə, hollandiyalı oyunçu karyerasını İtaliyada davam etdirəcək.  Belə ki, oyun qurucunsunun xidmətində “Sampdoriya” klubu maraqlıdır. ABŞ klublarının da diqqət mərkəzində olan 33 yaşlı oyunçu özü İtaliyaya dönməyin tərəfdarıdı. 

Qeyd edək ki, Sneyder 2013-ci ildən "Qalatasaray"da çıxış edirdi. O, İstanbul nəhənginin heyətində 175 matçda iştirak etmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right