Millimizin üzvü Avstriya toplanışına aparılmadı

Azərbaycan millisinin üzvü Dəniz Yılmaz klubunu dəyişmək üzrədir.

Newsport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu ötən ildən çıxış etdiiyi “Bursaspor”dan ayrılacaq.

Belə ki, Bursa təmsilçisi yeni mövsümün hazırlıqlarını davam etdirmək üçün Avstriyaya təlim-məşq toplanışına yollanacaq. Dənizin adı toplanışıa aparılacaq futbolçular sırasında yer almayıb. 

Bu isə, onun növbəti mövsümdə komandanın heyətində olmayacağı deməkdir. 

Məsələ ilə bağlı komandanın baş məşqçisi Pol Le Quen də açıqlama verib: "Dəniz Yılmazın məsələsi bizi çox narahat edir. Çünki o, futbol oynamağı bacarır. Lakin klubdakı problemləri də bəllidi, rəhbərliklə münasibətləri yerində deyil. Onun problemləri həll edilməmiş transfer çalışmalarına başladıq. Əks halda vaxt itkisinə yol verə bilərdik. Düzdü, indi orta sahəyə və hücum xəttinə futbolçu transfer etmək istəyirik. Bütün bunlar haqda danışarkən, komandada gedəcək futbolçular haqda da söz açmaq vacibdir. Onlar hələ də bizmlədirlər. Bəzi futbolçuların getməsi qalmasından daha yaxşıdı. Çünki 35 futbolçu ilə işləmək mümkün deyil. Bunu mən istəmirəm". 

Qeyd edək ki, Dəniz Yılmazın "Bursaspor"la müqaviləsi gələn mövsümün sonunda başa çatır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right