"Yuventus"un müdafiəçisi "Milan"a keçir

"Yuventus"un müdafiəçisi Leonardo Bonuççi yaxın vaxtlarda klubunu dəyişə bilər.

Newsport.az-ın məlumatına görə, İtaliya mətbuatı 30 yaşlı futbolçunun "Milan"a keçməyə razılaşdığını yazıb. Bonuççi "Milan"la şəxsi müqavilənin şərtlərini də müzakirə edib. Tərəflər 7 milyon avro illik məvacibdə ortaq məxrəcə gəlib. Bəzi məlumatlara əsasən, "Milan" Bonuççinin transferi üçün Romanyoli və Mattia Di Şilyonu da Turin klubuna göndərə bilər. Belə olan halda əlavə 10 milyon avro ödəniləcək. İtaliyalı müdafiəçi "Barselona", "Çelsi", "Mançester Siti" və "İnter"in də maraq dairəsindədir.

Qeyd edək ki, 30 yaşlı müdafiəçi 2010-cu ildən "qoca sinyora"da çıxış edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right