Transfer hüquqlarını özü aldı, "Atletiko" ilə müqavilə imzaladı

"Sevilya"nın futbolçusu Vitolo karyerasını "Atletiko"da davam etdirəcək.

Newsport.az xəbər verir ki, ispaniyalı futbolçu transfer hüquqlarını 37.5 milyon avro ödəməklə Əndəlus klubundan alıb. Daha sonra Vitolo "Atletiko" ilə 2022-ci ilin yayına kimi müqaviləyə imza atıb. Madridlilər onu yanvarın 1-i qeydiyyatdan keçirə biləcək. FİFA-nın "Atletiko"ya qoyduğu transfer qadağasına görə Vitolo mövsümün 1-ci yarısını icarə əsasında digər La Liqa təmsilçisi "Las Palmas"da keçirəcək.

Vitolo 2013-cü ildən "Sevilla"nın şərəfini qoruyurdu. İyulun 10-da klub 27 yaşlı oyunçu müqaviləni 2022-ci ilə kimi yenilədiyi barədə məlumat yaymışdı.

Qeyd edək ki, ötən mövsüm 30 oyuna çıxan futbolçu 6 qol vurub, 6 məhsuldar ötürmə yadda qalıb

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right