Braziliyalı futbolçu "Beşiktaş"ı "Lion"a dəyişdi

Fransanın "Lion" klubu heyətinə yeni futbolçu cəlb edib.

Newsport.az-ın məlumatına görə, Liqa 1 təmsilçisi Türkiyənin "Beşiktaş" klubunun müdafiəçisi Marselo Antonionu transfer edib. 30 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Lionlular braziliyalı mərkəz müdafiəçisinin keçidi üçün İstanbul klubuna 8,5 milyon avro ödəyəcək.

Qeyd edək ki, "Beşiktaş" Marselonu ötən mövsümün əvvələində Almaniyanın "Hanover" klubundan 2 milyon avroya trasfer etmişdi. O, "qara qartallar"ın heyətində meydana çıxdığı 33 matçda 3 qolla yadda qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right