"Qarabağ" bizdən qat-qat üstün oynadı" "Samtredia"nın futbolçusu

"Qarabağ" bizdən qat-qat üstün oynadı".

 

Newsport.az xəbər verir ki, bu sözləri "Samtredia" klubunun futbolçusu Quram Samuşia deyib. Gürtcüstan klubu Çempionlar Liqasının II təsniaft mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Qarabağ"a məğlub olub - 5:0. Gürcüstan mətbuatına açıqlama verən 22 yaşlı hücumameyilli yarımmüdafiəçi fikirlərini bildirib.

 

O, "Qarabağ"ın yaxşı komanda olduğunu dilə gətirib: "Oyuna yaxşı başlamışdıq. İlk hissədə demək olar ki, rəqibə qarşı layiqli mübarizə apardıq. Amma sonradan oyun sistemimizi itirdik, çoxlu səhvlər etdik və rəqib imkanlarından yaxşı istifadə etdi".

 

Samuşia cavab oyunu haqda da danışıb: "Düzdü, səfərdə böyükhesabla məğlub olmuşuq. Amma yaxşı oynasaydıq, nəticə fərqli ola bilərdi. Ev oyununda layiqli mübarizə aparmağa çalışacağıq".

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də Tbilisidə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right