"Zirə"nin rəqibindən transfer

Avropa Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Astra” heyətinə yeni oyunçu cəlb edib.

 

Newsport.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Mateo Polyakla razılıq əldə olunub. 27 yaşlı futbolçunun adının “Zirə” ilə oyunlar üçün iştirak ərizəsinə salınıb-salınmayacağı isə hələlik bəlli deyil.

 

Qeyd edək ki, Xorvatiyanın  “Lokomotiva” və “Dinamo” klublarında da çıxış etmiş Mateo Polyak son olaraq Avstraliya “Nyukasl”ında oynayıb. 2012-2015-ci illərdə Avstraliyanın “Sidney Uonderers” klubunda  çıxış edən yarımmüdafiəçi bu komandanın heyətində Asiya Çempionlar Liqasının qalibi olub.

 

Xatırladaq ki, "Zirə" ilə "Astra" arasında ilk oyun sabah Rumıniyada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right