Millinin üzvü dəlixanadan buraxıldı

Everton”un futbolçusu Aron Lennon stress səbəbindən müalicə aldığı dəlixanadan buraxılıb.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi "instagram" səhifəsində məlumat verib. Onun vəziyyətinin yaxşı olduğu və futbol qayıdacağı bildirilir.

Qeyd edək ki, bu ilin aprelin 30-da futbolçuda stressə bağlı psixoloji problemlər aşkarlanmışdı. Bu səbəbdən də məşhur futbolçu dəlixanaya yerləşdirilmişdi.

Lennon ötən mövsüm 11 oyun keçirib. O, sonuncu dəfə fevralın 11-də "Midlzbro"ya qarşı oynayıb. Lennon 2006/13-cü illərdə İngiltərə yığmasının heyətində 21 qarşılaşmada meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right