Dmitri Nazarovun zədəsi ciddidir ?

Almaniyanın “Ersgebirge Aue” klubunun Avstriyadakı təlim-məşq toplanışı zamanı zədələnən millimizin futbolçusu Dmitri Nazarovun son durumu müəyyənləşib.

Newsport.az saytının məlumatına görə, klubun məşqçisi Robin Link 27 yaşlı hücumçunun zədəsinin elə də ciddi olmadığını bildirib. Buna görə də o, əməliyyat olunmayacaq.

R.Lenk D.Nazarovun tezliklə yaşıl meydanlara qayıdacağını vurğulayıb. Onun sözlərinə görə, baş barmağından zədə alan D.Nazarovun müalicəsi elə də uzun çəkməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right