Tudor həmyerlisini “Qalatasaray”da görmək istəyir

“Napoli”nin müdafiəçisi İvan Strinçiç karyerasını Türkiyədə davam etdirə bilər. 

Newsport.az-ın məlumatına görə, “Qalatasaray” xorvat müdafiəçinin xidmətində maraqlıdı. 

İstanbul klubunun baş məşqçisi İqor Tudor həmyerlisini sərəncamına görmək istəyir.    

“Napoli” “Roma”nın müdafiəçisi Mariu Ruini transfer etmək üzrədir. Onun gəlişindən sonra Strinçiçin əsas heyətdə yer almaq şansı azalacaq. 

Bu səbəbdən də İvan Strinçiç də klubunu dəyişməyə razıdır. 

Qeyd edək ki, keçidin 3 milyon avroya başa gələcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right