"Çelsi" Almaniya millisinin üzvünü transfer etdi

"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, "zadəganlar" "Roma"nın futbolçusu Antonio Rüdigeri transfer edib. London klubunun rəsmi saytından verilən məlumata görə, Almaniya millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb. Premyer Liqa təmsilçisi bu transfer üçün İtaliya klubuna 38 milyon avro ödəyib.

Qeyd edək ki, 24 yaşlı müdafiəçi "Roma"ya 2015-ci ildə "Ştutqart"dan transfer olmuşdu. O, "canavarlar"ın heyətində meydana çıxdığı 30 oyunda 2 qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right