"Qalatasaray"da şok itkilər: Avroliqa matçında oynamayacaqlar

"Qalatasaray"ın heyətində ciddi itkilər baş verib.

Newsport.az-ın məlumatına görə, "sarı-qırmızılar"ın hücumçusu Eren Derdiyok və yeni transfer Yunes Belhanda sıradan çıxıb. Hər iki futbolçu Macarıstanın "Diosqyor" klubu ilə hazırlıq matçında (2 - 0) xəsarət alıb.

Keçirilən tibbi müayinədən sonra  Derdiyokla Belhandanın durumuna aydınlıq gəlib. Onların 10 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Belə olan halda bu futbolçular Avropa Liqasının II təsnifatə mərhələsi çərçivəsində İsveçin "Ostersunds" klubu ilə qarşılaşmada İstanbul təmsilçisinə kömək edə biləməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right