"Beşiktaş"da ayrılıq

"Beşiktaş" bir futbolçusu ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, "qara qartallar" Gökhan İnlerlə yola davam etməmək qərarı verib. Heyətə düşməkdə çətinlik çəkən 33 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, türk əsilli isveçrəli futbolçu "Beşiktaş"a ötən mövsümün əvvəlində "Lester"dən transfer olmuşdu. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 30 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right