Eratlı "Duysburq"dan qələbə

Almaniya 3-cü Bundesliqasında çempion olaraq yeni mövsümdən 2-ci Bundesliqada oynamaq hüququ qazanan "Duysburq" hazırlığını davam etdirir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası bu gün növbəti yoxlama matçını keçirib. Sözügedən klub Almaniyanın 3-cü Bundesliqa təmsilçilərindən olan "Karlsrue" ilə qarşılaşıb. Oyun "Duysburq"un 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Erat da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right