Millimizdə şok itki: Nazarov əməliyyat edilə bilər

Almaniya 2-ci Bundesliqasında növbəti mövsümə hazırlaşan "Aue" Avstriyadakı təlim-məşq toplanışı davam etdirir. 

Newsport.az-ın məlumatına görə, millimizin üzvü olan Dmitri Nazarovun komandası yerli LASK klubu ilə yoxlama görüşü keçirib və 1:2 hesablı məğlub olub.

Nazarov bu oyunun iştirakçısı olmayıb. Buna onun toplanış zamanı zədə alması səbəb olub. Bu barədə Aue klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda təəssüflə qeyd olunur ki, millimizin futbolçusu üçün Avstriya toplanışı erkən başa çatıb və o, iyulun 7-də komandanın fizioterapevti Mari Koxla birlikdə Aueyə qayıdıb. Sol ayağında ağrılar olan futbolçu yerli klinikalardan birində müayinə və müalicə olunacaq. Onun əməliyyat olunması ehtimalı da var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right