"Arsenal"ın futbolçusu Fransa klubunda

Fransanın "Tuluza" klubu İngiltərə "Arsenal"ında çıxış edən hücumçu Yaya Sanoqonu transfer edib.

Newsport.az-ın məlumatına görə, tərəflər 2020-ci ilə qədər müqavilə imzalayıblar. 24 yaşlı fransız futbolçu 4 illik fasilədən sonra yenidən ölkəsində oynamaq şansı qazanıb.

Qeyd edək ki, "Oser"in yetirməsi olan Sanoqo 2009-2013-cü illər aralığında məhz doğma klubunda forma geyinib. 2013-cü ildə isə "Arsenal" onu rənglərinə bağlayıb. Lakin London təmsilçisi 2015 və 2016-cı illərdə onu "Kristal Pelas", "Ayaks" və "Çarlton Atletik"ə icarəyə verib.

Sanoqo Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinsə də, əsas millidə çıxış etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right