İsrafilov "Kadiz"ə də lazım olmadı

Futbol üzrə Azərbaycan millisinin üzvü Eddi İsrafilovun İspaniyanın "Kadiz" klubundakı gələcək taleyi müəyyənləşib. 

Newsport.az-ın məlumatına görə, 24 yaşlı futbolçu baş məşqçi Alvaro Serveranın gələcək mövsüm üçün palnlarına daxil deyil. "Noticiascadistas"ın yaydığıl xəbərə görə, 3 futbolçunun komandanı təkr edəcəyi dəqiləşib ki, onların arasında Eddinin də adı var. 

Belə ki, qapıçı Xesus Fernandes klub rəhbərliyi ilə görüşüb və müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsini istəyib. Rəhbərlik "çərçivə qoruyucusu"nun gedişinə razılıq verib. Eddi ilə Niko Hidalqoya isə yeni klub tapmaq məsləhət görülüb. 

Qeyd edək ki, Eddi İsrafilov ötən ilin yayında "Real Mursiya"dan "Kadiz"ə keçib. 24 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi gələn mövsümün sonunda başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right