Premyer Liqa klubundan "Betis"ə

İngiltərənin "Midlsbro" klubunun müdafiəçisi Antonio Barraqan İspaniyanın "Betis" klubuna keçib.

Newsport.az-ın məlumatına görə, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, "Betis" Barraqanı icarəyə götürüb. Tərəflər 1 illik müqaviləyə imza atıblar. 

30 yaşlı ispaniyalı futbolçu "Sevilya"nın yetirməsi olsa da, peşəkar karyerasına İngiltərə "Liverpul"unda başlayıb. Lakin 2006-cı ildə "Deportivo"ya transfer olunan müdafiəçi ardından "Valyadolid", "Valensiya"nın da şərəfini qoruyub. İspan futbolçu 2016-cı ildən "Midlsbro"da oynayırdı.

İngiltərənin "Midlsbro" klubunun müdafiəçisi Antonio Barraqan İspaniyanın "Betis" klubuna keçib. Rekord.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, "Betis" Barraqanı icarəyə götürüb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.  30 yaşlı ispaniyalı futbolçu "Sevilya"nın yetirməsi olsa da, peşəkar karyerasına İngiltərə "Liverpul"unda başlayıb. Lakin 2006-cı ildə "Deportivo"ya transfer olunan müdafiəçi ardından "Valyadolid", "Valensiya"nın da şərəfini qoruyub. İspan futbolçu 2016-cı ildən "Midlsbro"da oynayırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right