Çindən “Barselona”ya rədd cavabı

“Quançao Everqrand” futbolçusu Paulinyonun “Barselona”ya keçidinə icazə verməyib.

Newsport.az-ın məlumatına görə, bu barədə Çin klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, kataloniyalıların 28 yaşlı yarımmüdafiəçi üçün 23 milyon avroluq təklifi rədd edilib:

“Paulinyo bizimlə yeni müqavilə imzalayıb. Onunla daha uzun illər çalışmaq istəyirik və satmaq niyyətimiz yoxdur. Bu səbəbdən “Barselona”nın təklifini qəbul etmədik”.

Qeyd edək ki, brazilyalı futbolçu 2015-ci ildən Çin klubunda çıxış edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right