Ulduz futbolçu Türkiyə klubunda

"Mançester Siti"dən ayrıldıqdan sonra bir müddət klubsuz qalan Qel Klişinin yeni komandası məlum olub.

Newsport.az-ın məlumatına görə, fransalı futbolçu karyerasını Türkiyədə davam etdirəcək. 31 yaşlı müdafiəçi "Başakşəhər" klubuna keçib.

Təcrübəli cinah müdafiəçisi İstanbul təmsilçisinə azad agent statusu ilə transfer olub.

Qeyd edək ki, Klişi 2003/11-ci illərdə "Arsenal"da, 2011/17-ci illərdə isə "Mançester Siti"də oynayıb. Qael 2008/13-cü illərdə Fransa millisinin də üzvü olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right