UEFA reytinqi: isveçlilər izləyicimiz oldu

Avrokuboklarda günü  2 qələbə ilə qapayan klublarımız ölkəmizin UEFA-nın klub reytinqində əmsalnı zənginləşdirib.

Newsport.az-ın məlumatına görə, aktivində 14.750 xalı başlayan Azərbaycanın reytinqi daha da artıb.

“Zirə”nin səfərdə Lüksemburq “Differdanj”ı, “İnter”in evdə Serbiya “Mladost”u üzərində qələbəsi Azərbaycanın xal ehtiyatını 0.500 vahid zənginləşdirib. Hazırda ölkəmiz 15.750 xalla 55 ölkə arasında 23-cüdü.

Müvafiq olaraq, siyahıda 21 və 22-ci pillələrdə yer alan Belarus və Bolqarıstan elə də əlçatmaz deyil. Hazırda hər iki ölkənin  16.000 xalı var. Adıçəkilənlərlə son görüşlərdən sonra ölkəmiz arasındakı fərq daha da azalıb. Bizi qarabaqara izləyən Kipr təmsilçiləri ilə də aradakı xal fərqini artırmaq mümkün olub. Adalıların aktivində hazırda 15.300 xalla 25-ci yerdədi. Əvəzində isveçlilər onları qabaqlayaraq 24-cü pillədən kənarlaşdırıb. Şimallıların əmsalı 15.475-ə bərabərdi.

Qeyd edək ki, təsnifat mərhələsində qələbəyə 0.250, heç-heçəyə isə 0.125 xal verilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right