“Xəzər Lənkəran”ın sabiq üzvü: “Azərbaycana qayıtmaq istəyirəm”

Vaxtilə ölkəmizdə “Xəzər Lənkəran”, “Turan Tovuz” və “Simurq” kimi klublarda oynamış Salif Ballo açıqlama verib.

Newsport.az-ın məlumatına görə, öz oyunu daha çox “Turan Tovuz”da çıxış edərkən diqqət mərkəzinə düşən hücumçunun “Xəzər Lənkəran”la matçda dubl etməsi ölkə gündəminə düşmüşdü. 

Qol duyumu ilə fərqlənən malili oyunçu yenidən ölkəmizdə çıxış etmək istəyir. Salif Ballo əməkdaşımızla söhbətində istəyini belə ifadə edib:

“Azərbaycanda 3 klubun uğurları üçün çalışmışam. Ölkənizdə olan zaman daim xoş üzlər gördüm. Düşünürəm ki, çıxış etdiyim klublarda öz bacarığımı nümayiş etdirə bilmişəm. Azərbaycanda yenidən oynamaq istəyirəm. Çünki ölkənizdə futbol oynamaq üçün yaxşı şərait var. Mən yenidən qollar vura bilərəm”.

Qeyd edək ki, Salif Ballo son olaraq çıxış etdiyi “Simurq” klubunda bacarığını tam ortaya qoya bilməmişdi. 

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right