Reynaldo da ermənilərə "dur" dedi

Yarım ildi Azərbaycandan ayrılsa da, ölkəmizi unutmayan Reynaldo cəbhədə baş verən son hadisələrə biganə qalmayıb.

Newsport.az saytının məlumatına görə, o, dünən Füzulinin Alxanlı kəndində qətlə yetirilən 2 yaşlı Zəhra və onun nənəsi Quliyeva Sahibənin ölümünə aid paylaşım edib.

“Qarabağ”ın sabiq hücumçusu “İnstagram” hesabından baş vermiş hadisə ilə bağlı #StopArmenianAgression haştagı ilə ingilis dilində mətn paylaşıb.

Qeyd edək ki, 2013-2017-ci illər aralığında “Qarabağ”da top qovmuş braziliyalı bu ilin yanvarından Türkiyənin “Adanaspor” klubunun şərəfini qoruyur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right