Muaremin Türkiyə klubuna keçidi baş tutmadı, yeni komandası məlumdur

Mövsüm başa çatdıqdan sonra "Qarabağ"dan ayrılan Muarem Muaremin yeni klubunun adına aydınlıq gəlib.

Newsport.az saytının məlumatına görə, Türkiyənin "Adanaspor" klubuna keçidi baş tutmayan makedoniyalı futbolçu karyerasını Qazaxıstanda davam etdirəcək. 28 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi "Aktobe" ilə anlaşıb. Müqaviləsinin detalları barədə məlumat veriləmyib.

Qeyd edək ki, "Aktobe" Qazaxıstan Premyer Liqasında 19 turdan sonra 12 xal toplayıb və sonuncu - 12-ci yerdə qərarlaşıb.

Muarem Muarem 2012/15 və 2016/17-ci illərdə "Qarabağ"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right