Ramil Şeydayev 6 qol vurulan oyunda fərqlənmədi

Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Jilina" növbəti yoxlama oyununu keçirib.  

Newsport.az saytının məlumatına görə, son Slovakiya çempionu Çexiya təmsilçisi “Siqma” ilə üz-üzə gəlib. Çempionlar Liqasına hazırlaşa "Jilina" rəqibi ilə 3:3 hesablı heç-heçə edib.

Start heyətdə meydana çıxan Şeydayev ilk hissənin sonunda əvəzlənib. “Jilina” Ramil oyundan çıxdıqdan sonra hesabı bərabərləşdirə bilib.

Qeyd edək ki, "Jilina" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right