Budaq Nəsirov Premyer Liqa klubuna qarşı oynadı

21 yaşlılardan ibarət milli komandamızın kapitanı Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Newsport.az saytının məlumatına görə, Lissabon təmsilçisi Premyer Liqada mübarizə aparan "Belenenses" klubu ilə üz-üzə gəlib. 

Lissabonlular bu görüşdə iki heyətlə mübarizə aparıb. Baş məşqçi ilk hissədə yarımmüdafiəçimizin da oynadığı əsas heyəti meydana buraxıb və ilk 45 dəqiqə 1:1 hesablı bərabərliklə başa çatıb. Mütəxəssis ikinci hissədə heyəti dəyişib və ikinci dərəcəli heyətlə oynamağa qərar verib. İkinci hissədə "Sportinq" qapısından 2 cavabsız qol buraxıb. 

Beləliklə, görüş "Sportinq"in 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right