"Qalatasaray" və "Qarabağ"ın sabiq futbolçusu həvəskar liqa klubunda

Daha bir azərbaycanlı futbolçu Türkiyənin BAL Liqasında çıxış edəcək. 

Newsport.az saytının məlumatına görə, həvəskar liqada mübarizə aparan "Sultanqazispor" transfer fəaliyyətini davam etdirir. Çempionluğu hədəfləyən klub heyətinə azərbaycanlı futblçu qatıb. Söhbər Murad Axundzadədən gedir. 25 yaşlı futbolçu ilə rəsmi müqavilə imzlanıb.

Murad futbolçu karyerasına 2005-ci ildə "Qarabağ"da başlayıb. Daha sonra Türkiyənin "İstanbul BB"yə transfer olub. 2010-cu ildə Avstriyanın III Liqa təmsilçisi "Atletik"ə keçən Axundzadə sonradan Türkiyəyə qayıdıb, "Kasımpaşa" və "Qalatasaray" klublarının ikinci komandasında çıxış edib. Murad 2012-ci ildə "Rəvan"da çıxış edib. "Rəvan"dan sonra isə yenidən Türkiyəyə qayıdan yarımmüdafiəçi PTT I Liqada çıxış edən "Kahramanmaraşspor"la müqavilə bağlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right