"Belə oyunlarda qalib gəlmək vacib deyil" - "Dinamo"nun baş məşqçisi

Kiyev "Dinamo"sunun baş məşqçisi Aleksandr Xaçkeviç "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra açıqlama verib.

Newsport.az saytının məlumatına görə, mütəxəssis fikirlərini belə səsləndirib:

"Hava şəraitini nəzərə alsaq, yaxşı oynadıq. Hərəkətlilik baxımından komandamız yaxşı idi. Baxmayaraq ki, oyundan əvvəl 2 məşq və ciddi yükləmələr olmuşdu. Qələbə həmişə müsbət hesab edilir, amma belə oyunlarda qalib gəlmək bir o qədər də vacib amil deyil. Futbolçulara öz oyunumuzu göstərməli olduğumuzu demişdim".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right