"Qəbələ"nin potensial rəqibində ciddi itki

“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi “Yagelloniya” ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində Batumi “Dinamo”su ilə səfər qarşılaşmasında zədələnən Pyotr Tomaşikin 3 həftə uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, Tomaşik “Dinamo” ilə cavab matçını buraxacaq.

“Yagelloniya” əgər “Dinamo” səddini keçsə, növbəti mərhələdəki rəqibi “Qəbələ” ilə Bakıdakı ilk görüşdə Tomaşikin xidmətindən yararlana bilməyəcək.

Qeyd edək ki, “Yagelloniya” ilk matçda “Dinamo”nu səfərdə 1:0 hesabı ilə məğlub edib. Bu komandalar arasında cavab görüşü iyulun 6-da keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right