"Barselona"nın hücumçusu "Betis"də

"Barselona"nın futbolçusu Kristian Tello "Betis"ə keçib.

Newsport.az-ın məlumatına görə, bu barədə "Betis"in rəsmi saytı xəbər yayıb. 25 yaşlı hücumçu ilə 2022-ci ilə qədər müqavilə imzalanıb.

"Betis"in bu transfer üçün Kataloniya klubuna 4 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, K.Tello ötən mövsüm icarə əsasında "Fiorentina"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right