Samir Məsimovun Rusiya klubuna keçidi rəsmiləşdi

21 yaşlılardan ibarət milli komandamızın sabiq üzvü Samir Məsimovun yeni klubu rəsmən bəlli olub.

Newsport.az-ın məlumatına görə, gənc yarımmüdafiəçi karyerasını Rusiyada davam etdirəcək. Belə ki, Məsimov bir müddətdir baxışda olduğu Voronejin "Fakel" klubu ilə münasibətləri rəsmiləşdirib. I Divizion təmsilçisinin rəsmi saytından verilən məlumata görə 22 yaşlı futbolçu ilə müqavilə imzalanıb.

Qeyd edək ki, Samir Məsimovun son komandası ötən mövsüm Premyer Liqanı tərk edən AZAL olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right