"Monako" Hollandiya millisinin üzvünü transfer etdi

"Monako" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, "knyazlıq" təmsilçisi "Feyenoord"un və Hollandiya millisinin müdafiəçisi Terenke Konqolonu transfer edib. 23 yaşlı müdafiəçi Fransa çempionu ilə 5 illik müqavilə imzalayıb. "Monako" gənc futbolçunun keçidi üçün Hollandiya klubuna 13 milyon avro ödəyəcək.

Qeyd edək ki, Konqolo ötən mövsüm "Feyenoord"un heyətində 23 qarşılaşmada iştirak edib. O, Rotterdam təmsilçisi ilə Hollandiya çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right