Yeni transfer: "Qəbələ" böyük klubdur"

"Qəbələ"nin yeni transferi Endi Hallidey "Daily Record" nəşrinə açıqlama verib.

 

Newsport.az-ın məlumatına görə, "Reyncers"dən 1 illik icarəyə götürülən yarımmüdafiəçi "qırmızı-qaralar"ı böyük klub adlandırıb:

"Əvvələr "Qəbələ"də çıxış edən şotlandiyalı qapıçı Qrem Smit və Şimali İrlandiyanın heyətində Azərbaycana qarşı oynayan Li Hocsondan Azərbaycan haqda məlumat topladım. Hər ikisi mənə gözəl ölkə olduğunu söylədi. "Qəbələ" böyük komandadır. Uğurlarına baxın, Avropa Liqasının qrupunda çıxış ediblər. Mən də bu komandanın bir hissəsi olmaq və Avropa futboluna yol açmaq istəyirəm. Hiss edirəm ki, burada hər şey peşəkar şəkildədir. Rəsmi oyunlara çıxmaq üçün səbirsiz şəkildə gözləyirəm. Çempionluq haqda isə danışmaq tez olardı. amma yaxşı komandamız var".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right