"İnter"də yeni qapıçı

İtaliyanın "İnter" klubu heyətinə yeni qapıçı cəlb edib.

Newsport.az-ın məlumatına görə, Milan təmsilçisi 32 yaşlı qapıçı Daniele Padellini heyətinə qatıb. 

Son mövsümü "Torino"da keçirən italiyalı qolkiper "İnter"ə azad agent kimi transfer olunub.

Qeyd edək ki, Padelli 2013-cü ildən Turin klubunun şərəfini qoruyurdu. O, karyerası ərzində "Komo,, "Sampdoriya", "Pitsiqettone", "Krotone", "Liverpul", "Piza", "Avellino", "Bari" və "Udineze"də də forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right