"Latsio" hücumçu transfer etdi

İtaliyanın “Latsio” klubu heyətinə yeni hücumçu cəlb edib.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi Belçikanın “Ostende” klubundan Adam Maruşiçi transfer edib.

Bu barədə "Latsio"nun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 25 yaşlı çernoqoriyalı forvardla 5 illik müqavilə imzalanıb. Buna görə romalıların 6,5 milyon avrosundan keçdiyi bildirilir.

Qeyd edək ki, Maruşiç 2016-cı ildən "Ostende"nin şərəfini qoruyurdu. O, karyerası ərzində "Vojdovats" və "Kortreyk"də də çıxış edib. Adam 2014-cü ildən Çernoqoriya millisinə də dəvət alır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right