Konfederasiyalar Kuboku: Almaniya çempion oldu! YENİLƏNİB

Rusiyada keçirilən Konfederasiyalar Kubokunda bu gün son oyunlar keçiriləcək.
 
Newsport.az-ın məlumatına görə, üçüncü yer uğrunda oyun baş tutub.  
 
3-cü yer uğrunda görüşdə Portuqaliya və Meksika milliləri üz-üzə gəliblər. Moskvada təşkil olunan matç olduqca maraqlı alınıb. Meksika 90 dəqiqənin tamamında qələbəyə yaxın olsa da, Pepenin vurduğu qol son Avropa çempionunu məğlubiyyətdən xilas edib. Əlavə vaxtda isə Adrien Silvanın penaltidən vurduğu qol portuqallara üçüncülüyü qazandırıb.
 
Finalda isə Çili və Almaniya milliləri Sankt-Peterburqda görüşəcəklər. Bu komandalar da qrup mərhələsində üz-üzə gəliblər. Həmin görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Almaniya B qrupunu 7 xalla 1-ci, Çili 5 xalla 2-ci pillədə tamamlayıb. Yarımfinalda isə onlar müvafiq olaraq, Meksikaya 4:1, Portuqaliyaya penaltilər seriyasında 3:0 hesabı ilə qalib gəliblər. 
 
Konfederasiyalar Kuboku
 
FİNAL
22:00. Çili - Almaniya 0:1
Qol: Lars Stindl, 20
Baş hakim: Milorad Majiç (Serbiya)
"Sank Peterburq Arena" 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right