Konfederasiyalar Kuboku: Portuqaliya üçüncü oldu YENİLƏNİB

Rusiyada keçirilən Konfederasiyalar kuboku yarışında üçüncü yer uğrunda oyuna yekun vurulub.

Newsport.az-ın məlumatına görə, Portuqaliya Meksikaya 2:1 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb. Bu matçda portuqaliyalıların lideri Kriştiano Ronaldo millinin düşərgəsini tərk etdiyi üçün iştirak etməyib.

Qeyd edək ki, oyunun 90-cı dəqiqəsinə kimi Meksika hesabda öndə olub.

Portuqaliya – Meksika – 2:1
Qolllar:
 Neto, 55-avtoqol (0:1), Pepe, 90+1 (1:1), Adrien Silva, 104-penalti (2:1)

Bu gün Bakı vaxtı ilə saat 22.00-da final oyunu keçiriləcək. Həlledici görüşdə Almaniya və Çili qarşılaşacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right