"Roma"dan "Sportinq"ə keçdi

Müqavilə ilə İtaliyanın "Roma" klubuna məxsus olan hücumçu Seydu Dumbiya özünə yeni iş yeri tapıb.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı futbolçu bundan sonra Portuqaliyanın "Sportinq" klubunda forma geyinəcək. Bu barədə məlumatı Lissabon klubunun rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, Dumbiya "Sportinq"də 1 il icarə əsasında çıxış edəcək.

Ötən mövsümü icarə əsasında "Bazel"də keçirən və 25 oyunda 20 qola imza atan kot-d-ivuarlı forvardın yeni klubuna hansı şərtlərlə keçdiyinə dair məlumat verilmir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right