"Çelsi"nin əfsanəsi aşağı liqa klubunda

İngiltərə millisinin və Londonun “Çelsi” klubunun sabiq futbolçusu Con Terri karyerasını “Aston Villa”da davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, ESPN televiziyası 36 yaşlı mərkəz müdafiəçisinin İngiltərə Çempionşipində mübarizə aparan Birmingem təmsilçisi ilə razılıq əldə etdiyi barədə məlumat verib.

Yeni klubu ilə 1 illik müaqvilə bağlayan futbolçunun qazancı 3 milyon funt-sterlinq təşkil edəcək.

Qeyd edək ki, Terri “Çelsi” ilə 5 dəfə İngiltərə çempionu, 3 dəfə İngiltərə Kubokunun qalibi olub. O, 2012-ci ildə paytaxt təmsilçisi ilə Çempionlar Liqasını qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right