"Qalatasaray" fransalı hücumçu alır

“Qalatasaray” uzun müddətdir danışıq apardığı Bafetimbi Qomisin transfer məsələsini həll edib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, seneqal əsilli fransalı hücumçu ötən gün İstanbula gedib.

Hələlik transferin məbləği və digər detallarla bağlı açıqlama verilməyib.

Qeyd edək ki, 31 yaşlı futbolçu müqavilə ilə “Suonsi”yə məxsusdur. Son mövsümü icarə əsasında “Marsel”də keçirən forvard Fransa Liqasında 31 oyunda 20 qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right