Volkan Dəmirəl Azərbaycana gələsi olmadı

Türkiyə millisinin sabiq qapıçısı Volkan Dəmirəl növbəti mövsümdə də "Fənərbaxça"da çıxış edəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu müqaviləsi başa çatacaq təcrübəli qolkiperi heyətində saxlamağa qərar verib.

Artıq hazırlıqda iştirak edən Dəmirəl "Fənərbaxça" ilə yaxın günlərdə rəsmi müqaviləyə imza atacaq.

Xatırladaq ki, Volkanın agenti Erdinç Şehit təcrübəli əlcək sahibinə Azərbaycan klubların birindən təklif gəldiyini açıqlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right