"Qalatasaray" Ukrayna millisinin üzvünə "elçi düşdü"

Transfer çalışmalarını davam etdirən "Qalatasaray" heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.
 

Newsport.az-ın məlumatəna görə, "sarı-qırmızılar"ın siyahısına düşən son isim icarə əsasında "Şalke"də oynayan Yevgeni Konoplyankadı. Müqavilə ilə "Sevilya"ya məxsus olan ukraynalı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyən türklər ispan klubu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, 2015-ci ildə "Dnepr"in heyətində Avroliqanın finalına yüksələn Ukrayna millisinin üzvü sonradan "Sevilya"ya transfer edilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right