Ufuk Budakın yeni klubu rəsmən məlum oldu

Millimizin üzvü Ufuk Budakın yeni klubunun adına rəsmən aydınlıq gəlib.

Newsport.az-ın məlumatəna görə, müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək. Son olaraq "Manisaspor"dan çıxış edən futbolçu "Samsunspor"la anlaşıb. Bu barədə Samsun təmsilçisinin idman direktoru Coşkun Zeren məlumat verib: "Azərbaycanlı futbolçu Ufuk Budakla anlaşmışıq. O, bu gün Samsuna gələcək". 

Qeyd edək ki, millimizin heyətində 17 oyun keçirən Ufuk Budak karyerası ərzində Almaniyanın “Ülm”, “Frayburq” və Türkiyənin “Əskişəhərspor”, “Qaziantep BB”, “Kayserispor” kimi komandalarda çıxış edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right