Sergey Zenyov rəsmən "Krakoviya"da

"Qəbələ"nin sabiq legioneri Sergey Zenyovun Polşanın "Krakoviya" klubuna keçidi rəsmiləşib.

Newsport.az-ın məlumatına görə, Estoniya milli komandasının 28 yaşlı hücumçusu yüksək liqa təmsilçisi ilə rəsmi müqavilə imzalayıb. "Krakoviya" ötən mövsüm 16 komanda arasında 13-cü olub.

Xatırladaq ki, Zenyov "Qəbələ"də çıxış etdiyi son 2 ildə Premyer Liqamızın bürünc və gümüş medalçısı olub. O, "qırmızı-qaralar"ın avrokuboklarda dubl edən ilk futbolçusu olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right