Sabah rəsmən "Fənərbağça"lı olacaq

"Fənərbağça" ötən mövsüm zamanı "Trabzonspor"dan şifahi olaraq razılıq əldə etdiyi Mehmet Ekici ilə rəsmi müqavilə bağlamağa hazırlaşır.


Newsport.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçinin imza mərasimi sabah saat 15:00-da "Şükrü Saracoğlu" stadionuda baş tutacaq.


Qeyd edək ki, 2014-cü ildən "Trabzonspor"un şərəfini qoruyan Mehmet Ekici meydana çıxdığı 62 oyunda 18 dəfə rəqib qapılarına yol tapıb. Ekici 12 dəfə isə "ay-ulduzlu" formanı tərlədib





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right