Messiyə növbəti vergi şoku

"Barselona"nın argentinalı ulduzu Lionel Messinin uşaqlara kömək üçün təsis olunan fondu ən azı 10 milyon avro vergidən yayınıb.

Newsport.az-ın məlumatına görə, 2007-2015-ci illərdə fond gəlirinin böyük hissəsini vergi bəyannaməsində göstərməyib. 

Messi və onun atası oxşar adlarla bir neçə hesab açıblar. 2009-cu ildə fondun Rozario şəhərində filialı açılıb. Bu qurum İspaniyada ictimai təşkilat kimi qeydiyyatdan keçirilib. Onlar imzaladıqlara müqavilələrin maliyyə dəyərini gizlədiblər. Bu, ardıcıl 3 il təkrar olunduğuna görə Argentinanın Maliyyə Nazirliyi təşkilatı qeydiyyatdan çıxarıb. Fondun nümayəndələri ittihamla bağlı şərh verməkdən imtina ediblər. 

Qeyd edək ki, bir neçə gün əvvəl Messi və atasının vergidən yayaınması ilə əlaqədar məhkəmə prosesi başa çatmışdı. Məhkəmədə argentinalı hücumçunun 21 aylıq həbs cəzası 252 min avro cərimə ilə əvəzlənmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right