Millimizin üzvü oynadı, komandası darmadağına sevindi

Yeni mövsümdən 2-ci Bundesliqada oynamaq hüququ qazanan "Duysburq" yay fasiləsindən qayıdıb.

 

Newsport.az-ın məlumatına görə, dünən Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası ilk yoxlama matçına da çıxıb.

 

"Duysburq" Almaniyanın aşağı liqa təmsilçilərindən olan "Stadtauşval"la qarşılaşıb.

 

Oyun futbolçumuzun komandasının 6:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Erat da bu oyunun iştirakçısı olub. O, ikinci hissədən etibarən meydanda çıxıb və sonadək oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right