"Zirə"nin potensial rəqibi ruslara məğlub oldu

Avropa Liqasının II təsnifat mərhələsində "Zirə"nin potensial rəqibi olan "Asrta" yoxlama oyunu keçirib.
 
Newsport.az-ın məlumatına görə, Rumıniya klubu Rusiya Premyer Liqasının təmsilçisi olan "Anji" ilə qarşılaşıb. Matçda mahaçqalalılar 2:1 hesabı ilə qalib gəlib.
 
Qeyd edək ki, "Zirə" Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Differdanj" klubunu keçəcəyi halda rəqibi "Astra" olacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right