"Bizim məqsədimiz finala yüksəlməkdir” Çili millisinin baş məşqçisi

Çili millisinin baş məşqçisi Xuan Antonio Piççi Konfederasiyalar Kubokunun yarımfinalında Portuqaliyaya qarşı keçirəcəkləri oyundan danışıb. 

Newsport.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis qeyd edib ki, Avropa çempionuna qarşı layiqli mübarizə aparacaqlar: 

“Bu, əla oyun olacaq. Bizi çox güclü rəqiblə gərgin mübarizə gözləyir. Portuqaliya millisi Avropa çempionudur. Onların heyətlərində çox yaxşı futbolçular cəmləşib. 

Rəqibin heyətində hər an istənilən oyunun taleyini dəyişə biləcək futbolçu var. Bütün bunlara baxmayaraq, bizi məğlub etmək Portuqaliya üçün asan olmayacaq. Bizim məqsədimiz finala yüksəlməkdir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right