"Yuventus"da Ronaldoya yer tapılar" Del Pyero

"Yuventus"un canlı əfsanəsi Alessandro Del Pyero "Real"ın portuqaliyalı ulduzu Ronaldonu Turin klubunda görmək istəyir.

Newsport.az-ın məlimatına görə, veteran futbolçu Ronaldonun vergi qalmaqalına görə İspaniyanı tərk etmək istəməsi barədə xəbərə münasibət bildirərkən bunu deyib: "Yuventus"un Çempionlar Liqasında qalib olacağına inanıram. Bu yolda Ronaldo da "Yuve"yə kömək edə bilər. Əgər Ronaldo "Real"da özünü xoşbəxt hiss etmirsə, "Yuventus"da ona yer tapılar".

Qeyd edək ki, Ronaldonun vergidən yayınmaq ilə əlaqədar məhkəməsi iyulun 31-nə təyin olunub. Onun 14.8 milyon avro cərimə ödəyəcəyi gözlənilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right